“Barselona”nın müdafiəçisi Jul Kunde İspaniya La Liqasının 26-cı turunun “Real”la oyunundan öncə danışıb.
Sportarena.az “Barca TV”-yə istinadən xəbər verir ki, o, derbini səbirsizliklə gözlədiyini bildirib:
“Həqiqətən də, “el klasiko”nu səbirsizliklə gözləyirəm. Belə matçda oynamaq hər zaman xüsusidir. Növbəti oyun daha xüsusi olacaq. Çünki biz evdə oynayacağıq. Ovqatımız yaxşıdır”.
QAeyd edək ki, “Barselona” və “Real” bu gün qarşılaşacaq.