“Torino” klubunun baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının 27-ci turunun “Napoli” ilə keçiriləcək oyunundan öncə fikirlərini bölüşüb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Neapol təmsilçisinin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyadan söz açıb:
“İtaliyada yaşadığım müddətdə gördüyüm ən yaxşı komanda “Napoli”dir. Xviçanı dayandırmaq mümkün deyil”.
Qeyd edək ki, “Torino” – “Napoli” matçı bu gün saat 18:00-da start götürəcək.