“Bornmut” İngiltərə Premyer Liqasının 28-ci turunda “Aston Villa”ya uduzub.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin qarşılaşmada xərçəng xəstəliyinə qalib gələn “Bornmut”un futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.
26 yaşlı yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər matçının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.
2021-ci ilin oktyabrında Uelsli oyunçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.