Stefano Pioli: “Öz səviyyəmizdən aşağı oyun sərgilədik”

16:27 19 Mart 2023

"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 27-ci turunun “Udineze” ilə matçından sonra (1:3) danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Zlatan İbrahimoviç və Rafael Leao barədə fikir bildirib:

 

“Biz pis çıxış etdik. Oyun zamanı komandada aqressivlik, gərginlik olmayanda, futbolçuların diqqəti yayınanda sadəcə bir fikir irəli sürmək olur: məşqçi oyuna zəif hazırlaşıb. Bu gün potensialımızdan çox aşağı səviyyədə çıxış etdik.

 

Siz deyə bilərsiz ki, hücum xəttində İbrahimoviç və Leao daha inamlı təsir bağışlaya bilərdilər. Ümumiyyətlə, öz səviyyəmizdən aşağı oyun sərgilədik. Biz UEFA Çempionlar Liqasının 1/4 finalı haqda düşünürüksə, belə məğlubiyyətlər, həqiqətən, ciddi problemdir. Ölkə çempionatında əsas məqsədimiz ilk dördlüyə düşməkdir”.

 

Qeyd edək ki, Milan təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 48 xalla dördüncü, “Udineze” isə 38 xalla səkkizincidir.


Digər xəbərlər

Xəbər xətti