"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını Fransada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, PSJ gürcü yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Paris təmsilçisi 22 yaşlı vinger üçün İtaliya klubuna 180 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı mövsümün əvvəlində Batumi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.