İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haland “Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb.
Sportarena.az xəbər verir ki, norveçli forvard İngiltərə klublarında bir mövsüm ərzində ən çox qol vuranların sıralamasında üçüncü yerə yüksəlib.
İngiltərə Kubokunun 1/4 final mərhələsində “Bernli” ilə görüşdə het-trikə imza atan Haland 2022/2023 mövsümündəki ümumi qol sayını 42-yə çatdırıb. Harri Keyn və Endi Koulu geridə qoyan Halanddan əvvəl 2007/2008 mövsümündə Ronaldo bunu bacarıb.
Ümumi qol sayında rekordçu Rud Van Nistelroy və Məhəmməd Salahdır. Niderlandlı Van Nistelroy 2022/2003, misirli Salah isə 2017/2018 mövsümündə 44 dəfə fərqləniblər. Haland mövsümün sonuna qədər daha 3 dəfə fərqlənərsə, mütləq rekordçu olacaq.
Qeyd edək ki, “Bernli”ni 6:0 hesabı ilə məğlub dən “Mançester Siti” yarımfinala yüksəlib.