Milli komandamızda şok itki - Mahir Emreli İsveç və Avstriya matçlarını burxacaq

19:34 19 Mart 2023

Milli komandamızın heyətində ciddi itki baş verib.

 

Sportarena.az  AFFA rəsmi saytına istinadən xəbər verir ki, "Konyaspor"un üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

 

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.


Digər xəbərlər

Xəbər xətti