Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Fatih Karagümrük” – “Başakşəhər” matçında qalib müəyyənləşməyib. “Sivasspor” evdə “Ankaragücü” ilə oyundan inamlı qələbə ilə ayrılıb. “Alanyaspor”un qonağı olan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub.
Hazırda 60 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Başakşəhər” və “Trabzonspor” 41 xal toplaya bilib
Türkiyə Super Liqası
26-cı tur.
19 mart
Fatih Karagümrük – Başakşəhər 2:2
Qol: Borini, 45+4-pen. Diaqne, 90 – Alekşiç, 42. S.Gürler, 90+1.
Sivasspor – Ankaragücü 2:0
Qol: Kofi, 23. Says, 77-pen.
Alanyaspor – Fənərbaxça 1:3
Qol: Kuluris, 4 – E.Valensiya, 65-pen; 85-pen. E.Mor, 90+2.