Pepenin istəyi

11:25 20 Mart 2023

“Nitsa”da icarə əsasında çıxış edən “Arsenal”ın vingeri Nikolas Pepe Fransa klubunda qalmaq istəyir.

 

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub hələ 27 yaşlı futbolçunun satın alınması ilə bağlı yekun qərarını verməyib. “Nitsa” rəhbərliyi oyunçunu almaq qərarını verməzdən əvvəl ondan daha yaxşı performans görmək istəyir.

 

Pepe ötən ilin avqustundan “Nitsa”da çıxış edir. O, cari mövsümdə Liqa 1-də 16 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti