İngiltərə kuboku: Yarımfinalçılar bəlli oldu

11:48 20 Mart 2023

İngiltərə federasiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Mançester Siti” “Bernli”ni 6 cavabsız qolla keçib.

 

“Mançester Yunayted” də “Fulhem”ə şans verməyib. “Şeffild Yunayted” “Blekbern”i, “Brayton” isə “Qrimsbi”ni məğlub edərək yarımfinala yüksəlib.

 

Yarımfinalında “Mançester Yunayted” “Brayton”la, “Mançester Siti” isə “Şeffild Yunayted”lə mübarizə aparacaq.

 

İngiltərə federasiya kuboku

1/4 final

Mançester Siti – Bernli 6:0

Qol: Haland, 32; 35; 59. X.Alvares, 62; 73. Palmer, 68.

 

Şeffild Yunayted – Blekbern 3:2

Qol: Qallaxer, 28-öz qapısına. Makbörni, 81. Doyl, 90+1 – B.Dias, 21. Şmodiç, 60.

 

Brayton – Qrimsbi 5:0

Qol: Undav, 6. Ferquson, 51; 70. Mark, 82. Mitoma, 90.

 

Mançester Yunayted – Fulhem 3:1

Qol: B.Fernandes, 75; 90+6. Zabitser, 77 – Mitroviç, 50.

 

Yarımfinal

18:00. Brayton – Mançester Yunayted

18:00. Mançester Siti – Şeffild Yunayted


Digər xəbərlər

Xəbər xətti