"Konyaspor" Mahir Emrelinin son durumunu açıqlayıb

18:26 20 Mart 2023

Türkiyə "Konyaspor"u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib.

 

Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

 

Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.


Digər xəbərlər

Xəbər xətti