“Fənərbaxça”nın daha bir legioneri sıradan çıxdı

09:25 21 Mart 2023

Türkiyənin “Fənərbaxça” klubu daha bir legionerini itirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde sıradan çıxıb.

 

O, Super Liqanın 26-cı turu çərçivəsində baş tutan “Alanyaspor”la səfər oyununda zədələnib. Matçın əvvəlindəcə zədə alan futbolçu 17-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Niderlanddan olan 21 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

 

Yeri gəlmişkən, “Fənərbaxça”nın Avropa Liqasında İspaniyanın “Sevilya” komandasına qarşı keçirdiyi oyunda zədələnən hücumçusu Miçi Batşuayinin durumuna aydınlıq gəlib. Əzələ yırtığından əziyyət çəkən futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti