Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rostov”la qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb. Sadıqov bu matçın start heyətdə meydana çıxıb və 32-ci dəqiqədə əvəzlənib. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan Quliyevin adı isə oyunun iştirak ərizəsinə də daxil edilməyib.
“Ximki” 20 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.