Azərbaycan millisi ilə oyun ərəfəsində David Alabanın durumuna aydınlıq gəlib

12:56 21 Mart 2023

AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasında David Alabanın durumuna aydınlıq gəlib.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.

 

Zədə səbəbindən İspaniyanın “Real Madrid” klubunun son 6 oyununu buraxan və bir aydır fiziki formasını bərpa etməyə çalışan müdafiəçinin Azərbaycan seçməsi ilə görüşdə meydana çıxması gözlənilir.

 

Alabadan fərqli olaraq, Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart heyətdən çıxarılıblar.

 

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linzdəki “Raiffeisen Arena”da qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti