Ralf Ranqnik: “Azərbaycan yığmasını məğlub etmək üçün ən yaxşı oyuna ehtiyacımız var”

13:29 21 Mart 2023

“Azərbaycan yığmasını məğlub etmək üçün Linzdə mümkün olan ən yaxşı oyuna ehtiyacımız var”.

 

Sportarena.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.

 

Almaniyalı mütəxəssis rəqiblərə yuxarıdan aşağı baxmadıqlarını söyləyib. Ranqnik bununla bağlı futbolçularına xəbərdarlıq edib:

“Qarşıdakı iki görüşdə azarkeşlərin evdə əla atmosfer yaratmalarına kömək etmək istəyirik. Azərbaycan və Estoniya yalnız ötürmələrlə məğlub edə biləcəyiniz rəqiblər deyillər. Hər iki komanda ilə qarşılaşmada maksimum nəticə əldə etmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

 

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linzdəki “Raiffeisen Arena”da qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti