Avstriyalı futbolçu: “Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”

14:46 21 Mart 2023

Avstriya millisinin futbolçusu Conas Oyer AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışıb.

 

Sportarena.az “Noen” nəşrinə istinadən xəbər verir ki, Oyer Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözlədiyini deyib:

“Avstriyanın əsas millisində yer aldığıma görə fəxr edirəm və Azərbaycanla oyunda debüt etməyi səbirsizliklə gözləyirəm. Aşağı yaş qrupu yığmalarında oynadığım zaman həmişə xoşbəxt olmuşam. Amma əsas millinin düşərgəsində olmaq fərqli hissdir. Düşünürəm ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilsəm, qarşıdakı matçlarda baş məşqçi mənə şans verəcək. Məncə, şansım olacaq. Bundan istifadə etməliyəm”.

 

Qeyd edək ki, Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti