“Kristal Pelas” Roy Hocsonu yenidən komandanın baş məşqçisi təyin edəcək.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, klub təyinatı reallaşdırmaq üçün sənədlərin hazırlanması işinə start verib.
Hocson artıq şərtləri qəbul edib. Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulacaq.
75 yaşlı mütəxəssis 1976-cı ildə məşqçilik karyerasına başlayıb. O, 2017-2021-ci illərdə də London komandasının “sükanı arxasında” olub.
“Kristal Pelas” martın 17-də baş məşqçi Patrik Vieyra ilə vidalaşdığını elan edib. Vieyra 2021-ci ilin yayından Premyer Liqa təmsilçisini çalışdırırdı.
“Kristal Pelas” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 12-ci sırada yer alır.