AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.
Martın 24-də Linzdə keçiriləcək oyunu Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın ehtiyat hakimi funksiyasını Damian Kos yerinə yetirəcək.
“Raiffeisen Arena”da keçiriləcək oyun saat 23:45-də başlayacaq.