Argentina milli komandasının və “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero İspaniya La Liqasının 26-cı turunun “Barselona” – “Real” (2:1) matçını şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “el klasiko”nun əsas vaxtının sonuna əlavə edilən dəqiqədə (92-ci dəqiqə, Frank Kessye), Kataloniya təmsilçisinin qələbə qolundan sonra canlı yayımda qışqırıb və aşağıdakı sözləri deyib:
“Ağla, “Real!”
Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 68 xalla birincidir. “Kral klubu” isə 56 xalla ikincidir.
Aquero 2021-ci ilin dekabrında ürəyindəki problemə görə karyerasını bitirib. Onun sonuncu klubu “Barselona” olub.