"Qalatasaray"a şok cəza verilə bilər

18:52 21 Mart 2023

Türkiyənin "Qalatasaray" klubuna transfer qadağası cəzası verilə bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin keçmiş futbolçusu Sofian Fequliyə olan borcudur. FIFA 1,6 milyon avroluq borca görə şikayət edən əlcəzairli vingeri haqlı hesab edib. Borc faizi ilə birlikdə ödənilməsə, "Qalatasaray"a transfer qadağası qoyulacaq.

 

Qeyd edək ki, Sofian Fequli 2017-2022-ci illər ərzində "Qalatasaray"da çıxış edib. 33 yaşlı yarımmüdafiəçi "cim bom"un heyətində meydana çıxdığı 162 matçda 34 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti