Millimiz tarixində 5-ci dəfə Avstriya yığması ilə qarşılaşacaq

21:19 21 Mart 2023

Futbol üzrə Azərbaycan millisi tarixində 5-ci dəfə Avstriya yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununa təsadüf edəcək.

 

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da yerli komanda ilə üz-üzə gələcək milli indiyədək keçirdiyi 4 görüşün heç birində rəqibinə qalib gələ bilməyib. Komandalar DÇ-2006 və AVRO-2012-nin seçmə mərhələlərində eyni qrupda mübarizə aparıblar.

 

Bunun 3-də məğlub olan Azərbaycan seçməsi üçün yeganə təsəlli 2005-ci ildəki matç olub. Vaqif Sadıqovun baş məşqçisi olduğu yığma Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya ilə qolsuz bərabərə qalıb.

 

Adıçəkilən yığmalar sonuncu dəfə 12 il əvvəl – 2011-ci ildə qarşılaşıblar. “Dalğa Arena”dakı ilk rəsmi görüş olan həmin dueldə Azərbaycan millisi ilk dəfə rəqibinin qapısına qol vursa da, böyük hesabla məğlub olub.

 

Ümumiyyətlə, dörd matçda milli cəmi 1 dəfə fərqlənə bilibsə, 9 dəfə mərkəzə dəvət edilib.

 

DÇ-2006-nın seçmə mərhələsi

8 sentyabr 2004. Avstriya - Azərbaycan – 2:0

7 sentyabr 2005. Azərbaycan – Avstriya – 0:0

 

AVRO-2012-nin seçmə mərhələsi

8 oktyabr 2010. Avstriya - Azərbaycan – 3:0

7 oktyabr 2011. Azərbaycan – Avstriya – 1:4


Digər xəbərlər

Xəbər xətti