“Barselona”nın müdafiəçisi Ronald Arauxo və yarımmüdafiçisi Frenki de Yonq bir müddət yaşıl meydanlardan kənarda qalacaqlar.
Sportarena.az xəbər verri ki, Arauxo “Real”la oyunda (2:1) zədə alıb.
Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, uruqvaylı futbolçu artıq tibbi müayinədən keçib. 24 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Arauxo İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la cavab matçına hazır olacaq. Amma o, Uruqvay millisinin heyətində Yaponiya və Cənubi Koreya ilə yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.
24 yaşlı müdafiəçi bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib.
Frenki de Yonq isə zədə səbəbindən dəvət aldığı Niderland millisinin düşərgəsinə gedə bilməyəcək. Yarımmüdafiçi “narıncılar”ın AÇ-2024-ün qarşıdakı seçmə oyunları üçün heyətdən çıxarılıb.
25 yaşlı futbolçu da “Real”la matçda zədə alıb. Tibbi müayinədən sonra məlum olub ki, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Niderland yığması martın 24-də Fransa, 27-də isə Cəbəllütariqlə üz-üzə gələcək.