19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, yığma Fransa seçməsi ilə qarşılaşacaq.
Bosniya Herseqovinada keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. 5-ci qrupun digər oyununda isə Yunanıstan meydan sahibləri ilə üz-üzə gələcək.
22 mart
20:00 Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı