"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne Belçika millisinin yeni kapitanı təyin edilib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi bu vəzifədə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra millidən ayrılan "Real"ın futbolçusu Eden Hazardı əvəzləyib.
Tibo Kurtua və Romelu Lukaku isə vitse-kapitan seçilib.
31 yaşlı futbolçu millidə 97 oyun keçirib, 25 qol vurub.
Kevin 2010-cu ildə yığmada debüt edib.
Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç, Estoniya və Avstriya ilə yanaşı Belçika da yığmamızın rəqiblərindəndir.