Futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparılıb.
Sportarena.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan yığması da yer alıb.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv 27,62 yaş ortalamasına malikdir. Komanda ən yaşlı 47-ci millidir. 48-ci sıradakı San Marino (27,62) da eyni göstəriciyə malikdir. Azərbaycan seçməsi Avropa zonasında isə 17-ci olub.
Küveyt (29,76) ən yaşlı, Baham adaları (22,82) ən gənc yığmadır. Avropada müvafiq mövqelərdə Belçika (29,40) və Türkiyə (25,07) qərarlaşıblar.
Araşdırma 126 komandanı əhatə edib. Siyahı son bir ildə meydana çıxan oyunçulara əsasən tərtib olunub.