"Napoli" forvardının transferindən 150 milyon qazanmaq istəyir

15:59 22 Mart 2023

İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhenin transferindən ən azı 150 milyon avro qazanmaq istəyir.

 

Sportarena.az "Foot Mercato"ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində PSJ, "Mançester Yunayted" və "Çelsi" klubları maraqlıdır.

 

Nigeriyalı üçün prioritet məsələ Premyer Liqa klubuna keçməkdir. Lakin o, növbəti mövsüm üçün Neapolda qala biləcəyini və ya hətta 2025-ci ilin yayına qədər olan müqaviləni uzada biləcəyini istisna etmir.


Digər xəbərlər

Xəbər xətti