“Turan Tovuz”un panamalı ilə anlaşmasının detalları açıqlandı

16:49 22 Mart 2023

“Turan Tovuz” klubu yeni transferi Roderik Millerlə müqavilənin şərtlərini açıqlayıb.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, panamalı müdafiəçi ilə  3 ay+1 il müddətində rəsmi müqavilə bağlanıb.

 

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

 

Panamanın “San Fransisko” klubunun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib. 

 

31 yaşlı müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti