18 yaşlı futbolçu iki milli arasında seçim edəcək: Argentina, yoxsa İspaniya

19:57 22 Mart 2023

İspaniya Futbol Federasiyası "Mançester Yunayted"in 18 yaşlı istedadlı oyunçusu Alexandro Qarnaçonu öz milli komandasına cəlb etməyə çalışır.

 

Sportarena.az xəbər verir ki, gənc argentinalı Madriddə anadan olub. O, Argentina və İspaniya milliləri arasında seçim etmək hüququna sahbidir.

 

Bu yaxınlarda Qarnaço Argentina yığmasının martdakı oyunlarına dəvət edilsə də, zədə səbəbindən onları buraxmaq məcburiyyətində qalmışdı.

 

Qeyd olunur ki, Argentina Futbol Federasiyasının rəsmiləri Qarnaçonun ailəsi ilə razılıq əldə edib və onlar futbolçunun seçimini İspaniya millisindən yana dəyişməyəcəyinə inanır. Buna baxmayaraq, ispaniyalılar 18 yaşlı futbolçunun ailəsi ilə danışıqlara davam edir. 


Digər xəbərlər

Xəbər xətti