"Real" futbolçusunun Azərbaycanla oyun üçün atdığı addımdan narazı qalıb

20:23 22 Mart 2023

"Real"ın müdafiəçisi David Alaba Madrid klubunun həkimlərindən oynamaq icazəsi almamasına rəğmən Avstriya millisinin düşərgəsinə yollanıb.

 

Sportarena.az xəbər verir ki, Alaba millinin kapitanı olduğu və meydana çıxmasa belə, komandadakı ab-havaya müsbət təsir etmək istədiyi üçün bu cür qərar verib.

 

"Kral klubu"nun rəhbərliyi isə müdafiəçinin bu hərəkətini müsbət dəyərləndirməyib və ondan narazı qalıblar. Klubdan ona Madriddə qalıb, bərpa prosesini başa vurmalı olduğunun daha məqsədəuyğun olduğunu bildiriblər. 


Digər xəbərlər

Xəbər xətti