Runi İngiltərədən daha bir futbolçunu MLS-ə apardı

21:26 22 Mart 2023

ABŞ-ın “Di Si Yunayted” klubu İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçunu heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, MLS təmsilçisi Nottingem Forest”in yarımmüdafiəçisi Luis O’Brayeni icarəyə götürüb.

 

İngiltərədən olan 24 yaşlı futbolçu satınalma şərti ilə 2023-cü ilin 16 iyuluna kimi icarəyə götürülüb.

 

Luis O’Brayen “Nottingem Forest”ə 2022-ci ilin iyul ayında “Haddersfild”dən 9.4 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda 1 qol da vurub.

 

Xatırladaq ki, “Di Si Yunayted”in baş məşqçisi İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runidir. O, bir müddət öncə “Kristal Pelas”dan hücumçu Kristian Bentekeni, həmçinin “Lids”dən yarımmüdafiəçi Mateuş Klixi də komandasına aparmışdı.


Digər xəbərlər

Xəbər xətti