“Barselona”nın Messini qaytarmaq üçün planı

21:50 22 Mart 2023

“Barselona” Lionel Messini geri qaytarmaq istəyir.

 

Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar 35 yaşlı argentinalının PSJ ilə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləni yeniləməyəcəyini gözləyirlər. “Barselona” Messiyə maaşını azaltmağı təklif etmək niyyətindədir. Lakin eyni zamanda, turnirlərdə uğurlu çıxış edəcəyi təqdirdə, onu klubun gəlirinin müəyyən faizi ilə təmin etməyə hazırdırlar.

 

Messi “Barselona”nın yetirməsidir. O, 2021-ci ilin yayına qədər İspaniya klubunda çıxış edib, sonra azad agent kimi PSJ-yə keçib.


Digər xəbərlər

Xəbər xətti