“Milan” yayda hücumçusu Rafael Leaonu sata bilər.
Sportarena.az “Calciomercato”-ya istinadən xəbər verir ki, bu, klub 23 yaşlı portuqaliyalı ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməsə baş verəcək. “Milan” futbolçuya illik 6 milyon avro maaşla müqavilə təklif edib və bu məbləği 7 milyona yüksəltmək imkanı var. Futbolçunun özü isə bonuslar istisna olmaqla, ildə 7,5 milyon avro sabit gəlir istəyir.
Leaonun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. Futbolçu 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 35 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə verib.