"Neftçi" yayda bir neçə futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Sportarena.az "Sportal.az" saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın yeni mövsüm üçün heyətdə düşünmədiyi futbolçulardan biri Rəhman Hacıyevdir.
Mənbənin məlumatına görə, Laurentsiu Regekampf postunda qalacağı təqdirdə, 29 yaşlı futbolçunun başqa komandaya icarəyə göndərilməsi də baş verə bilər.
Məsələ burasındadır ki, futbolçunun "Neftçi" ilə müqaviləsi 2024-cü il mayın 31- də başa çatacaq.
Onun xidmətində olan Premyer Liqa klubları isə az deyil. Hacıyevin "Neftçi"də qalması çətin görünərsə, onun çempionatın digər klubları ilə danışıqlara başlayacağı iddia olunur.