Azərbaycanla oyun üçün 37 yaşlı futbolçunu köməyə çağırdılar

14:46 23 Mart 2023

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla Lintsdə keçiriləcək açılış oyunu ərəfəsində heyətə daha bir futbolçu dəvət edib.

 

Sportarena.az xəbər verir ki, Ralf "Zalsburq"un müdafiəçisi Andreas Ulmerə ehtiyac duyub. 

 

37 yaşlı veteran dünən komandanın digər üzvləri ilə birgə məşqlərə başlayıb.

 

Avstriya - Azərbaycan oyunu martın 24-də Linzdəki "Raiffeisen Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq

 

Təcrübəli futbolçu 2009-cu ildən “Zalsburq” və Avstriya millisinin üzvüdür..


Digər xəbərlər

Xəbər xətti