Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bir mövsümündə eyni rəqiblə oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, siyahıya argentinalı Lionel Messi başçılıq edir.
O, 2011/2012 mövsümündə İspaniya klubu “Barselona”da olarkən Almaniya “Bayer”inə qarşı iki görüşdə ümumilikdə 6 dəfə fərqlənib. Messini 5 qolla üç oyunçu izləyir.
Futbolçu |
Qollar |
|
|
Klubu |
Mövsüm |
Oyun |
Cəmi |
1-ci oyun |
2-ci oyun |
||||
Lionel Messi |
6 |
1 |
5 |
“Barselona” |
2011-12 |
“Bayer”, Leverkusen – 3:1, 7:1 |
Kriştiano Ronaldo |
5 |
2 |
3 |
“Real Madrid” |
2016-17 |
“Bavariya” – 2:1, 4:2 |
Yosip İliçiç |
5 |
1 |
4 |
“Atalanta” |
2019-20 |
“Valensiya” – 4:1, 4:3 |
Erlinq Haland |
5 |
0 |
5 |
“Mançester Siti” |
2022-23 |
“Leyptsiq” – 1:1, 7:0 |