Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığmasının qapısına yol tapmaqla buna nail olub.
Görüşün 44-cü dəqiqəsində penaltidən fərqlənərək, komandasının ikinci qoluna imza atan hücumçu Ada təmsilçisinin bombardiri rekordunu ələ keçirib. Millinin heyətində 54-cü qolunu vuran Keyn əvvəlki rekordçu Ueyn Runini (53 qol) geridə qoyub.
Qeyd edək ki, 30 yaşlı Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matça çıxıb.