Ronaldodan daha bir dünya rekordu

13:17 24 Mart 2023

AÇ-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə ev oyun Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı futbolçu doğma meydanda 4:0 hesablı qələbəyə sevindikləri bu oyunda yeni rekorda imza atıb.

 

Belə ki, Ronaldo milli komandaların heyətində ən çox oyun keçirən futbolçuya çevrilib. Lixtenşteynlə görüş onun beynəlxalq karyerasındakı 197-ci matç olub. Bu göstəriciyə görə o, dünya rekordçusuna  çevrilib.Ronaldo millidə keçirdiyi oyun sayına görə Küveyt yığmasının üzvü Bader Əl-Mutavanı geridə qoyub – 196 matç.

 

Qeyd edək ki, Ronaldo milli komandadakı qol sayına (120) görə də dünya rekordçusudur.


Digər xəbərlər

Xəbər xətti