Bu gün “Fənərbaxça” və “Zenit” klubları arasında xeyriyyə məqsədi ilə yoldaşlıq görüşü keçirilib.
Sportarena.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda oynanılan matçda 2:2 hesabı ilə başa çatıb.
Yoldaşlıq oyunu
“Fənərbaxça” – “Zenit” 2:2
Qollar: Mert Yandaş 7, Bora Aydınlık 69 - Malkom 21 (p), Klaudinyo 42
Qeyd edək ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən zərər çəkənlərə yardıma yönəldiləcək.