"Qalatasaray" onu Bakıya gətirməyəcək

14:12 24 Mart 2023

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Abdülkerim Bardakçı "Qarabağ"a qarşı yoldaşıq oyununda iştirak etməyəcək.

 

Sportarena.az "Takvim"ə istinadən xəbər verir ki, müalicəsi başa çatsa da, 29 yaşlı müdafiəçi Bakıya gətirilməyəcək.

 

Bardakçının aprelin 1-də Superliqanın XXVII turunda "Adana Demirspor"la matçda meydana çıxacağı gözlənilir.

 

Oyunçu Türkiyə millisinə çağırılsa da, şiddətli baş ağrıları səbəbindən heyətdən kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti