Roberto Mançini : “Heç-heçəyə layiq idik”

16:56 24 Mart 2023

İtaliya millisinin baş məşqçisi Roberto Mançini AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İngiltərə ilə oyunundan sonra (1:2) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fasilədən sonra daha yaxşı oynadıqlarını deyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Qol buraxdığımız epizodlarda daha diqqətli olmalıydıq. İkinci hissə daha yaxşı çıxış etdik. Heç-heçəyə layiq idik. Nəticədən məyusuq. Qarşıda çoxlu oyunlarımız var”.

 

Qeyd edək ki, İtaliya yığması hazırda AÇ-2024-ün C qrupunda dördüncü, İngiltərə isə ikincidir.


Xəbər xətti