Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Sportarena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib.
Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.