PSJ Messinin əvəzinə "Milan"ın hücumçusunu istəyir

18:09 24 Mart 2023

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messinin klubdakı gələcəyi bəlli deyil.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu gedəcəyi təqdirdə Paris təmsilçisi ona əvəzləyici tapıb. "Calciomercato"da yer alan xəbəri görə, Fransa klubu Messinin yerinə "Milan"ın portuqaliyalı futbolçusu Rafael Leaonu transfer edəcək.

 

23 yaşlı hücumçu İtaliya klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib. "Milan" 2024-cü ilin yayında sözləşməsi başa çatan Leaonu pulsuz buraxmamaq üçün yayda onu satacaq.

 

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. Futbolçu komandanın heyətində meydana çıxdığı 150 matçda 36 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti