İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Andreas Kristensen sıradan çıxıb. 26 yaşlı mərkəz müdafiəçisi Danimarka millisinin Avro-2024-ün seçmə mərhələsinin Finlandiya ilə matçında (3:1) zədələnərək meydanı tərk edib.
Tibbi müayinədən keçən futbolçunun əzələsində yırtıq aşkarlanıb. O, 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Andreas Kristensen mövsümün əvvəlində "Barselona"ya keçib. Müdafiəçi La Liqa klubunun heyətində meydan çıxdığı 25 matçda 1 qol ötürməsi ilə yadda qalıb.