İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İtaliya ilə görüşünü (2:1) şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin səhv qərarlarından danışıb:
“İlk hissəni əla keçirdik. Fasilədən sonra hər şey daha çətin oldu. İki fərqli hissə izlədik. Öncə oyunu mükəmməl idarə etdik, rəqibə təzyiqdən səmərəli istifadə etməyə imkan vermədik.
Futbolçularım üçüncü qolu da vura bilərdi. Rəqib fasilədən sonra bir neçə səhv qərar verdi. Bu da oyunun tərzini dəyişdi”.
İngiltərə yığması hazırda AÇ-2024-ün C qrupunda ikinci, İtaliya isə dördüncüdür.