Kilian Mbappe: “Kapitan olmadığı üçün məyus olub, onu başa düşürəm”

21:41 24 Mart 2023

Fransa milli komandasının hücumçusu Kilian Mbappe ideal kapitanın necə olması haqda danışıb.

 

Sportarena.az “Foot National”-a istinadən xəbər verir ki, Fransa yığmasının yeni kapitanı seçilən Mbappe bu məsələdə üç məqamı xüsusilə vurğulayıb:

“Yaxşı kapitan bütün diqqətini komandaya yönəldən, futbolçuları ətrafında birləşdirən və liderlik etməyi bacaran insandır. Məni çox adam təbrik etdi. Komanda yoldaşlarıma özlərini rahat ifadə etmək imkanı vermək istəyirəm.

Antuan Qrizmannla kapitanlıq haqda danışdım. Kapitan olmadığı üçün məyus olub, onu başa düşürəm. Mən də eyni reaksiyanı verərdim. O, Fransa yığmasının Didye Deşam dövrünün ən önəmli oyunçusudur. Biz birlikdə qələbələr qazanmağa çalışacağıq”.

 

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda Fransa millisi bu gün Niderlandla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti