Türkiyənin "Qalatasaray" klubu mövsümıərarası fasilədə yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "İnter"də çıxış edən Roberto Qalyardinidir. "Sarı-qırmızılar" yayda Milan təmsilçisini ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edəcək.
İtaliyalı futbolçu ilə İngiltərənin "Lester Siti" klubu da maraqlanır.
Qeyd edək ki, "İnter" Roberto Qalyardinini 2017-ci ilin yayında "Atalanta"dan 20 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə A Seriyası klubunun heyətində 18 matçda meydana çıxıb.