Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında danışıb.
Sportarena.az xəbər verir ki, o, qarşılaşmanın ilk 20 dəqiqəsinin çətin keçdiyini bildirib:
“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik. Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.
Ranqnik İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Yunayted”dən də söz açıb:
“Qırmızı şeytanlar”ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti matçını martın 27-də Solnada İsveçə qarşı keçirəcək.