"İlk dəqiqələrdən mübarizə apardıq. Rəqibin də güclü tərəfləri var".
Sportarena.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Marsel Sabitser evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldığını bildirib:
"Görüşün əvvəlləri istədiyimiz kimi alınmasa da, sonrada öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qalibiyyətlə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim".
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.