“Turan Tovuz”un legioneri 90, “Sumqayıt”ın vingeri 68 dəqiqə oynadı

10:57 25 Mart 2023

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika millisi doğma meydanda “Sumqayıt”ın legioneri Terrens Tisdellin heyətində yer aldığı Liberiya yığması ilə qarşılaşıb.

 

Yohannesburqdakı “Orlando” stadionunda baş tutan qarşılaşmada qapılara 4 top vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

 

Siyanda bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Tisdell də ilk dəqiqələrdən meydanda olduğu bu qarşılaşmanın 68-ci dəqiqəsində əvəzlənib. Qonaqların ilk qolunu da elə 68-ci dəqiqədə Terrensin əvəzində meydana çıxan Tonia Tisdell vurub.

 

Bu komandalar martın 28-də növbəti dəfə, lakin bu dəfə Monroviyada üz-üzə gələcəklər. Sözügedən kollektivlər hazırda 1 xalla yer aldıqları K qrupunda ikinci və üçüncü pillələri bölüşürlər.


Digər xəbərlər

Xəbər xətti