Emil Forsberq: "Azərbaycanla oyunda qalib gəlməliyik"

13:03 25 Mart 2023

"İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik".

 

Sportarena.az xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Emil Forsberq evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

 

Almaniya "Leyptsiq"ində çıxış edən 32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduqlarını daha yaxşı görəcəklər:

"Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir".

 

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də Solnadakı "Frends Arena"da keçiriləcək


Digər xəbərlər

Xəbər xətti